54 yaşlı kişini avtobus vurdu

13 Mart 2018 09:23 (UTC+04:00)

"Report" xəbər verir ki, Pirşağı qəsəbəsində yolu keçmək istəyən 1964-cü il təvəllüdlü Aydəmirov Mürsəl Sərdar oğlunu 173 saylı marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub.

Yaralı "təcili yardım" xidməti vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

AzNews.az