Yanacaq daşıyan maşın qəza törətdi - Foto

13 Mart 2018 13:44 (UTC+04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, Bakı-Qazax yolunun Yevlax şəhərindən keçən hissəsində 10 -MU 696 dövlət nömrə nişanlı, “Tofaş” markalı maşın 99 JX 582 dövlət nömrə nişanlı, yanacaq daşıyan maşınla toqquşub.

Nəticədə “Tofaş” markalı avtomobildə olan sərnişin müxtəlif bədən xəsarətləri alaraq Yevlax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Zərbənin təsirindən yanacaq daşıyan maşının çəlləyi deşilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

AzNews.az