ATƏT PA Azərbaycanda prezident seçkilərini izləyəcək

13 Mart 2018 13:53 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu APA-ya açıqlamasında ATƏT PA prezidenti Georgi Tsereteli deyib.

O bildirib ki, bu məqsədlə portuqaliyalı deputat Nilza Sena xüsusi koordinator təyin olunub: "Bu, qısamüddətli missiyadır. Onlar səsvermə günündən 3-4 gün qabaq gələcəklər. Sayını dəqiq bilmirəm, 15-16 nəfər olmalıdır".

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.