Kılıçdaroğlu növbəti seçkilərdən danışdı: “Saxtakarlığa yol verməyəcəyik”

13 Mart 2018 16:07 (UTC+04:00)

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, CHP lideri Kamal Kılıçdaroğlu partiya iclasında çıxış edib. Bütün seçkilərdə Rəcəb Tayyib Ərdoğana uduzan Kılıçdaroğlu, uduzduğu seçkilərdə olduğu kimi 2019-cu il seçkiləri üçün də saxtakarlıq ediləcəyini iddia edib. O əlavə edib ki, bu dəfə saxtakarlığa yol verilməsinə izn verməyəcək və seçkiləri qazanacaq.