Əhmədinejadın köməkçisinə həbs və qırmanc cəzası

14 Mart 2018 09:57 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılan Bakayi barəsində məhkəmə hökm çıxarıb. Ona 15 illik həbslə bərabər qırmanc cəzası da verilib. Amma sabiq prezident köməkçisinə neçə qırmanc vurulacağı bəlli deyil.