Quranı yerdən götürmək istəyən hərbçi şəhid oldu

14 Mart 2018 10:40 (UTC+04:00)

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, gizir yerdə olan Quranı götürmək istəyib. Lakin terrorçuların Qurana bomba bağladığından xəbərsiz olub. Quranı yerdən götürərkən partlayış baş verib və Orxan Sürmən şəhid olub. Rəsmi dairələr əsgərləri ehtiyatlı olmağa çağırıblar və bu cür addımların türk hərbçiləri yolundan döndərə bilməyəcəklərini açıqlayıblar.