Səfirimiz etimadnamələrini İƏT-in baş katibinə təqdim edib

14 Mart 2018 12:09 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, baş katib bu təşkilatla Azərbaycan arasında qarşılıqlı əlaqələrin səviyyəsini, həmçinin İƏT-in gündəliyinin təbliğində Azərbaycan rəhbərliyinin fəal rolunu yüksək qiymətləndirib. Yusef Al-Otaymeyen xüsusi vurğulayıb ki, İƏT bu qurumun üzvü olan bütün dövlətlərin rifahı naminə Azərbaycan ilə ticarət, turizm, mədəniyyət, gənclər və idman sahələrində sıx əməkdaşlıq etməyə çalışır.

Səfir Şahin Abdullayev, öz növbəsində, İƏT-in sülhə, təşkilat daxilində münasibətlərin möhkəmlənməsinə kömək məsələlərində roluna və bəşəriyyət üçün ümumi maraq doğuran müxtəlif məsələlər barəsində prinsipial mövqeyinə görə Azərbaycanın İƏT-ə təşəkkürünü bildirib. Diplomat Azərbaycanın İƏT ilə münasibətləri daha da inkişaf etdirmək, siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi imkanlarını öyrənmək əzmində olduğunu təsdiq edib.