Baş nazirin mühafizə xidmətinin rəisi öldürüldü

14 Mart 2018 12:28 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Bağdaddan Mosula getmək üçün yola çıxan Şərif İsmail ona müxalif olan bir qruplaşma tərəfindən qətlə yetirilib. Onun yanında olan iki nəfər isə yaralanıb.

Qeyd edək ki, İsmail baş nazir Heydər əl-Abadinin bu gün Mosula edəcəyi səfərə görə təhlükəsizlik tədbirlərini görmək üçün Bağdaddan ayrılmışdı.