Gördünüz neylədiniz, Əkrəm müəllim?

11 Mart 2013 09:00 (UTC+04:00)


Mirşahin

Azərbaycan bu gün həqiqətən də Birləşmiş Ştatlarda yerin altına, yerin üstünə Xocalı rəngi çəkir və bu, Allah bilir ki, nə qədər böyyük əziyyət bahasına nail olub. Amma Azərbaycanın özündə, azərbaycanlı adlanan vətəndaşlarımız arasında içi ilə dövlətimizə özgə olan insanlara hələ ki, dərdi elektroşokla hopdurmaq lazımdır. Biz hələ nə qədər yaşamalı və nə qədər danışmalıyıq ki, bir ovuc vətən kirayənişini özünü Vətənin, o cümlədən onun dərdlərinin də sahibi hiss etsin. Deyəsən günahkarlardan birin tapmışıq. Mən indi üzümü ona tuturam:

Gördünüz neylədiniz, Əkrəm müəllim: Axı bir müdrik, dünyagörmüş yazıçı kimi, sizin bunları təsəvvür və təhlil etmək imkanlarınız var idi… Cini Siz şüşədən buraxdınız. Sizin "Daş yuxular"ınıza qədər heç kəsin ağlına da gəlməzdi ki, müqəddəs və toxunulmaz tabular sayıla bilən dəyərlərə belə soyuqqanlılıqla, tərbiyəsizcəsinə, bəzən hətta cinayətkarcasına toxunmaq olar. Bilirəm son hadisədən sonra siz mətbuata bir baxış, göz aclığı elan etmisiniz, amma ümid edirəm ki. bu saat "Hesabat"a baxırsınız və ona görə də Sizə bəzi sitatlar oxuyub sonra yenidən sizə qayıdacam:

"Beləliklə, müharibə başlayır. Düşmən ifrat reklam olunmuş ilk zərbəni dəf edərək əks-hücuma keçir. Atəş səslərini eşidən ordunun dörddə biri dərhal fərarilik edir. Silah və sursat əldə etmiş ikinci hissə isə üçüncü hissənin, o cümlədən onun qanını içən, döyən, pulunu yağmalayan və zorlayan zabitlərini güləbaran edir. Qalanlarına isə düşmən bir güllə atmadan belə qalib gələ bilər, əgər Azərbaycana və onun ordusuna aşığıdakıları söz versə". Burda isə müəllif islahatlar paketi təklif edir. Özü də də bu paketi müəllif, Azərbaycan üzərinə hücuma keçən potenisal düşməndən, Ermənistandan gözləyir. Yadımdadır, 1992-ci ildə buna bənzər vərəqələri ermənilər Gülüstan kəndinə səpələmiş, erməni kanalları isə Tovuzla sərhəddə onlara baxmaq imkanı olan Azərbaycan vətəndaşlarına efirdən oxşar məzmunlu müraciətlər etmişdidlər.

Ölkənin Ali Baş komandanlığının, bütün nazirlikllərin müharibə başlayacağı təqdirdə özünü tam dişsiz göstərəcyini proqnozlaşdıran müəllifə görə heç kim bu dövləti qorumayacaq. Hamı düşmənin altına uzanacaq. Əlbəttə bu müəllif hansı düşmənin altına hansı rahat pozada və nə vaxt uzanacağını özü bilər, amma bu arzunu onun bütün millətin ayağına yazması yumşaq desək xəyanətə çağırışdır və yəqin ki, adətən düşmənin arxa cəbhəyə panika yaymaq məqsədilə səpələdiyi vərəqələrin məzmununu özündə əks etdirən belə yazılar hüquq-mühafizə orqanlarının ciddi təhlil predmetinə çevrilməlidir. Müharibə zamanının qanunlarına uyğun olaraq. Bunun bir adı var: cəmiyyətdə panika və təslimçilik ruhu yaratmaq. İndi isə ünvan: bu yazı Haqqın.az. saytında dərc olunub və müəllifi də Çingiz Sultansoydur.

Əkrəm müəllim, əslində mən Çingizi yox, sizi günahlandırıram. Onu siz yaratdınız. Bir il əvvəl, o qorxusundan heç ağlına da gətirməzdi ki, belə bir mövzuda yazı yazmaq barədə düşünmək olar. Onu yatağındaca daşqalaq edərdilər. Amma indi yazır da, dərc də etdirir, Bütün Qafqazın şeyxindən tutmuş Qarabağ müharibəsində yaralanan İlqar Mikayıloğlunun komufilyajına qədər hər şeyə istehza edən bu adam öz bəd dualarını Sizin dağıtdığınız müqəddəs dəyərlər sisteminin xarabalaqlarında tanış quş kimi ötür.

Bu kadrlardakı yara İlqarın yarasıdır. Onun ayağından çıxan da düşmən qəlpəsi. Əlavə olaraq onu deyim ki. İlqarın bədənində hələ çıxarılmayan qəlpələr var ki, ona sadəcə olaraq toxunmaq tibbi baxımdan yolverilməzdir. Bu məqalənin müəllifi mən bilmirəm onda hansı düşmənin reklam olunan altında öz bədəninə tərbiyə dərsi keçirdi. Amma dəqiq bildiiym budur ki, o zaman Sultansoy cəbhədə deyildi.

Əkrəm müəllim, məsələ təkcə Çingizdə, onun arxa cəbhəyə səpələdəiyi antivətəndaş vərəqələrində deyil, Sizin azadlıq verdiyiniz cindədir. Siz o cini buraxmasadynız heç vaxt Azərbaycanın ümummilli yarası olan Xocalının üzərinə bizimkilər düşmən yürüşü yapmazdıdar. Xocalı faciəsinə həsr olunmuş "Xoca" filminin arqumentləri qarşısında hətta Ermənistan belə susmağa məcburdur. Amma bizim bir ovuc qadın balası bir kişinin uğuruna ən azı ləyaqətlə sumsağı belə bacarmır. Onlar iki ayda altı ölkədə - Britaniyada, Hollandiyada, Belçikada, Türkiyədə, Qazaxıstanda, Kiprdə, Qırğızıstanda tamaşaçıları ayaqda saxlayan, dünyaya Azərbaycan ağrısını hiss etdirən "Xoca" filmini qaralamaqla Xocalı soyqırımı qurbanlarının xatirəsinə tüpürdüklərinin fərqində deyillər. Amma bu tüpürcəklərin yuvası yenə Sizin ağzınızdı, Əkrəm müəllim!

Özü də ən maraqlısı burasıdır ki, filmin nümayişindən düz bir il sonra. Məhz Xocalı soyqırımı qurbanlarınn xatirə aylığında . Özü də Azərbaycanın hücumda olduğu bir vaxta. Xocalı soyqırımının Birləşmiş Ştatların dalbadal bir neçə ştatında tanındığı bir vaxtda.

Bəlkə də belə gözləmirdiniz. Bəlkə də öz aləminizdə orijinal addım atmaqla milli eksklüzivliyə imza atacağınızı düşünürdünüz. Amma başqa şey alındı. Bütün müqəddəs dəyərlərə toxunmağın mümkünlüyü barədə mesaj verdiniz. Hətta kimlərəsə elə gətirdiniz ki, onlar analarının yatağına belə sevgili gözü ilə baxmağın mümkünlüyünü özlərinə yaxın buraxdılar. Mən ana dedikdə həm də Azərbaycanı nəzərdə tuturam. Yəni doğrudanmı bütün bunlara dəyərdi? Doğrudanmı Çingiz Sultansoylar, Xocalıya mətbu yürüşləri təşkil edən və ruh soyqırımları yaratmaqla ermənilərlə bir yerdə olan azərbaycanlılar yaratmaq naminə adlı-sanlı böyükdən adsız sansız balacaya çerilməyə dəyrdi? Görün bir neylədiniz Əkrəm müəllim! Hardasınız? O qədər balacasınız ki, mən sizi görmürəm. /anspress/