AzNews.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, avtomobilə keçirilən baxış zamanı avtomobildə qızılquş tutmaq üçün tor, ev göyərçini, quşların yerini müəyyən etmək məqsədilə xüsusi cihazlar aşkar edilib.
Araşdırma zamanı qanunsuz olaraq ova cəhd edən şəxsin Qətər vətəndaşı Saif Mubarak Al-Hajri olduğu məlum olub. Faktla bağlı qanun pozucusu barəsində akt və protokol tərtib olunub və ona inzibati qaydada 2000 manat məbləğində cərimə tətbiq edilib. Ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.