Bakı-Şamaxı-Yevlax magistralı çökdü - Foto

14 Mart 2018 17:13 (UTC+04:00)

AzNews.az-ın ARB TV-yə istinadən xəbərinə görə, bir neçə gündür yağıntılı hava şəraitinin davam etməsi nəticəsində Bakı-Şamaxı-Yevlax magistralının 106-cı kilometrliyində çökmə meydana gəlib.

Yolun Şamaxı ərazisində asvalt örtüyündə iri çatlar yaranıb. Avtomobillərin intensiv hərəkət etdiyi yolun bir hissəsi çökmə nəticəsində bağlanıb. 8 saylı yol istismar idarəsinin əməkdaşları əraziyə cəlb olunub.

İdarədən həmçinin bildirilib ki, sürüşmə baş verən yola alternativ olaraq yeni yol çəkilir.