Çökən yolla bağlı açıqlama

14 Mart 2018 17:28 (UTC+04:00)

Bu barədə Trend-ə açıqlamasında "Azərbaycan Avtomobli Yolları" Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Qurum rəsmisi bildirib ki, yolun 101-ci kilometrliyindən 117-ci kilometrliyinə qədər olan hissəsinin yenidən qurulması üçün sənədlər hazırlanıb, layihə təsdiqlənib: "Artıq yolun həmin hissəsinin əsaslı qurulmasına başlanır, hazırlıq işləri görülüb. Yaxın günlərdə yolun təmirinə start veriləcək".

A.Nəcəfli bildirib ki, yenidənqurma zamanı yoldakı aşınma, çökmə və sürüşmənin qarşısı tam alınacaq, yolda mühəndisi qurğular, istinad divarları qurulacaq, sıvaylar vurulacaq: "Yol ümumilikdə 2-ci texniki dərəcədən 1-ci texniki dərəcəyə təkmilləşdiriləcək".

Xatırladaq ki, adıçəkilən ərazi sürüşmə zonası olduğundan həmin yolda tez-tez çökmə və sürüşmə halları baş verir.

AzNews.az