Bakı Dairəvi yolunda ağır qəza - Foto

14 Mart 2018 19:16 (UTC+04:00)

AzNews.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, Bakı Dairəvi-1 avtomobil yolu ilə Bakı-Sumqayıt yolu istiqamətində hərəkət edən 99-JH-641 dövlət nömrə nişanlı “Mercedes” markalı yük maşınının sürücüsü idarəetməni itirərək maşını yol kənarındakı əyri-xətli dəmir tirlərə çırpıb. Zərbənin təsirindən yük maşını aşıb.

"Yük maşını iri baş mal-qara daşıyırmış. Qəzadan sonra mal-qara ətrafa dağılışıb.

Qəza zamanı yol təsərrüfatına da ziyan dəyib. Yol kənarında olan 64 paqon-metr uzunluğunda əyri-xətli dəmir tirlər və siqnal dirəkləri sıradan çıxıb. Hal-hazırda yol təsərrüfatına dəymiş ziyan hesablanır", - deyə məlumatda vurğulanıb.