Restoran işçisi arterial damarı kəsilmiş vəziyyətdə tapılıb

14 Mart 2018 21:46 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında “Qədiroğlu” restoranında qeydə alınıb.

Təqribən, 20-25 yaşlarında olan şəxs ağır vəziyyətdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, onun bud nayihəsindən yaralandığı yerdə şüşə qırıqları və qan izləri olub.

Faktla bağlı araşdırma aparılır.