30 yaşlı kişi laqundayla üzünü doğrayıb

14 Mart 2018 21:53 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Söyüdlü kəndində baş verib.

Belə ki, 1987-ci il təvəllüdlü Xaqanı Abuzər oğlu Allahverdiyev evində iş zamanı laqundayla üz nahiyəsini kəsərək ağır xəsarət alıb. Yaralı yaxınları tərəfindən Gəncədəki xəstəxanalardan birinə aparılıb. Onun cərrahiyyə əmliyyatından sonra vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.