Sabirabadda ata və oğlu bıçaqlandı

14 Mart 2018 22:36 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Kənd sakini, 1972-ci il təvəllüdlü Qəniyev Adəm Xanbala oğlu və onun oğlu, 1993-ci il təvəllüdlü Nəsimi Qəniyev həmkəndliləri tərəfindən bıçaqlanıblar.

Bıçaqlanan şəxslər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib. Əməliyyat olunan ata və oğulun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.