AzNews.az xəbər verir ki, Bayram yarmarkaları kimi fəaliyyət göstərən çadırlara elektrik enerjisinin verilməsi bir müddət qadağan edilsə də, problem həllini tapıb və çadırlara elektrik enerjisi verilib.
Xatırladaq ki, ötən il Novruz bayramı və Yeni il münasibətilə paytaxtda metro stansiyaları qarşısında quraşdırılan yarmarka çadırlarına elektrik enerjisinin verilməsi qadağan edilmişdi. Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu çadırlara elektrik enerjisinin verilməsini təhlükəli hesab edərək bunun üçün texniki şərt verməmişdi. Nəticədə yarmarka çadırları xüsusi generatorlarla işıqlandırılırdı.