Cəlilabadda avtomobil gənc qızı vurdu

14 Mart 2018 23:05 (UTC+04:00)

AzNews.az APA-a istinadən xəbər verir ki, axşam saatlarında Abdullu kəndi ərazisində baş verən hadisə zamanı "VAZ 2107" markalı avtomobil həmin kənd sakini, 1991-ci il təvəllüdlü Əfsanə Əlimərdan qızı Quliyevanı vurub.

Müxtəlif xəsarətlər alan Ə.Quliyeva sürücü tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda xəstəxanada ona yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.