Azərbaycan dünyanın ən xoşbəxt ölkələri sırasında

15 Mart 2018 09:02 (UTC+04:00)

“Report” xəbər verir ki, Azərbaycan reytinq siyahısının 87-ci pilləsində qərarlaşıb.

Reytinq tərtib olunan zaman əhalinin gözlənilən uzunömürlülüyü, sosial təminatı, korrupsiyanın səviyyəsi və s kimi göstəricilər nəzərə alınır.

Siyahıda 156 ölkə yer alıb. Ən xoşbəxt ölkə Finlandiya hesab edilib. İkinci yeri ötənilki lider Norveç, üçüncü yeri isə Danimarka tutub. İlk onluğa İslandiya, İsveçrə, Niderland, Kanada, Yeni Zelandiya, İsveç və Avstraliya daxil olub.

AzNews.az