Mövlud Süleymanlının yubileyi keçiriləcək

11 Mart 2013 09:40 (UTC+04:00)



Yazıçı Mövlud Süleymanlının 70 illik yubileyi keçiriləcək. Mərasim Yazıçılar Birliyinin "Natəvan" klubunda baş tutacaq.

Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlunun AzNews.az-a verdiyi məlumata görə, gecədə ədəbiyyat və elm adamları iştırak edəcək. Martın18-də reallaşacaq yubiley tədbirində M.Süleymanlının yaradıcılığından söhbət açılacaq.

Bahar Rüstəmli
AzNews.az