Kabel oğurlamaq istədi, cərəyan vurdu

15 Mart 2018 12:46 (UTC+04:00)

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin Çaycuma bölgəsində Adəm Bayraqdar adlı kişi kabel oğurlamaq üçün elektrik dirəyinə çıxıb. Kabelləri kəsmək istəyərkən onu elektrik cərəyanı vurub və cəsədi dirəkdə qalıb. Bayraqdarın cəsədi çox çətinliklə yerə endirilib. Məlum olub ki, o, 13 cinayəti törətməkdə ittiham edilib və axtarışda idi.