"Amerikanın Səsi"indən Azərbayacana nifrət, Ermənistana sevgi eşidilir...

15 Mart 2018 13:22 (UTC+04:00)

Çox gözəl. ABŞ qədər buna biz də məmnunuq. Amma gəlin görək, “Amerikanın Səsi”nin Azərbaycan xidməti bu öhdəliyinin öhdəsindən necə gəlir?

Çox təəssüf ki, bu barədə nikbin danışa bilməyəcəyik. Ona görə ki, ABŞ-ın sözügedən media təşkilatı əsasən Azərbaycana qarşı qərəz nümayiş etdirir, yaxud Azərbaycanla bağlı harada bir tənqidi hadisə, tənqidi çıxış varsa, onu yayımlayır. Çox uzağa getməyək, dünən erməni lobbisinin maliyyəsi və “tırka”sı ilə bir qrup azərbaycanlı gənc hökümətimizə qarşı Azərbaycanın ABŞ-dakı səfirliyi qarşısında etiraz aksiyası keçirdi. “Amerikanın səsi”nin Azərbaycan xidməti isə həmin aksiyadan geniş video-reportaj yayımladı. Baxmayaraq ki, ABŞ-da yaşayan digər azərbaycanlılar paralel olaraq sözügedən aksiyaya çox yaxın yerləşən konqresin binasında ermənilərin qondarma Qarabağ tədbirinə etiraz edirdilər. Və “Amerikanın Səsi” bu aksiyadan heç bir reportaj hazırlamadı. Amma “Amerikanın Səsi”-nin Ermənistan redaksiyası Qarabağla bağlı erməni icmasının bütün tədbirlərini, qondarma “Artsax” - “Dağlıq Qarabağ Respublikası” ilə əlaqədar keçirdikləri aksiyaları geniş şəkildə işıqlandırır.

ABŞ-dakı Azərbaycan disaporu Xocalı soyqırımı ilə əlaqədar hər il bir neçə dəfə ABŞ-ın müxtəlif şəhərlərində aksiyalar keçirir. Bu aksiyaların heç birində “Amerikanın Səsi” - Azərbaycanı görmək mümkün deyil. Amma “Amerikanın Səsi”nin Ermənistan xidməti müntəzəm şəkildə ABŞ ermənilərinin qondarma soyqırımı ilə bağlı keçirdikləri aksiyalarda iştirak edib, reportajlar yayımlayıb. Bu baxımdan, “Amerikanın Səsi”nin Azərbaycan xidməti ölkəmizə qarşı qərəzli olduğunu dəfələrlə isbatlayıb.

Gələk daxili xəbərlərə, yəni sırf Azərbaycanda baş verən məsələlərə. Burada da “Amerikanın səsi”nin Azərbaycan bölməsi qərəz maşınını çox ciddi şəkildə işə salıb. Bir neçə fakta diqqət çəkək: Təşkilatın saytında “Ən çox oxunanlar” bölməsində 6 xəbərdən 4-ü Azərbaycan siyasətinə, Azərbaycanın dövlət maraqlarına zidd xəbərlərdir. “Baxılanlar” bölməsində yenə də 6 xəbərdən 4-ü müxalifətin mitinqinə həsr olunub. Həmçinin, “Dinlənənlər” bölməsində də eyni mövqe. Daha günlük xəbər lentini sadalamağa gərək yoxdur.

Yaxşı, sual olunur: Nədən ölkədə baş verən əlamətdar hadisələr, beynəlxalq miqyaslı tədbirlər və s. barədə də material yayımlamırsınız? Məsələn, elə bu gün, hal-hazırda VI Qlobal Bakı Forumu keçirilir. Forumda dünyanın bir çox ölkəsindən prezidentlər, nazirlər, alimlər iştirak edir. “Amerikanın Səsi” niyə bu barədə adi bir xəbər belə yayımlamır?

Deməli, bu media təşkilatının Azərbaycan xidmətinin səhih, obyektiv, balanslı siyasəti bu imiş. Görünür, Amerikada kök atmış erməni lobbisi bu məsələyə də barmaq qoyub, özü də baş barmağını...

Qeyd edək ki, “Amerikanın Səsi”nin Azərbaycan xidməti müəyyən fasilələr istisna olmaqla 1952-ci ildən fəaliyyət göstərir. Sovet İttifaqı 1991-ci ildə dağılanadək “Amerikanın Səsi”nin Azərbaycan xidmətinin verilişləri qısa dalğalı radiolarda yayımlanırdı. Bundan sonra Amerikanın Səsi Azərbaycanda meydana çıxan FM radiosunda və bir müddət ANS TV və AZTV-də verilişlər yayımladı. 2008-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin fərmanına əsasən xarici yayım şirkətləri Azərbaycanın yerli dalğalarından xaric edildikdən sonra Amerikanın Səsi öz verilişlərini İnternetdə (www.amerikaninsesi.org) və peyk televiziyasında (Hotbird) yayımlayır.

Elgün Mənsimov
AzNews.az