Ronaldo “Beşiktaş”da oynamaq istəyir - Şok iddia

15 Mart 2018 13:35 (UTC+04:00)

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Beşiktaş" prezidenti bildirib ki, onlar azarkeşlərinin sayının 100 milyona çatması üçün çalışırlar. Daha sonra Fikrət Orman Ronaldonun da "Beşiktaş"da oynamaq istədiyini iddia edib: "Ronaldonun iki komanda yoldaşı - Quaresma və Pepe bizdə oynayır. Biz Ronaldonu da almaq istəyirik. O da bizim komandaya gəlmək istəyir".

"Beşiktaş" prezidentinin bu açıqlamasına münasibət birmənalı olmayıb.