“Bütün sahələrdə əlaqələri daha da genişləndirəcəyik” - Çavuşoğlu

15 Mart 2018 13:40 (UTC+04:00)

APA-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

M. Çavuşoğlu bildirib ki, yeni format sülh və sabitliyə töhfə verəcək.

"Başda bu ölkələr olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik. Üzləşdiyimiz çətinliklərə qarşı birgə mübarizə aparacağıq. Bütün sahələrdə əlaqələri, əsasən də, iqtisadi əlaqələri daha da genişləndirəcəyik. Həm ticarət, həm yatırım, həm də xalqlar arasında əlaqələri inkişaf etdirmək üçün nəqliyyat şəbəkəsini genişləndirmək vacibdir. Bu format gələcək layihələr üçün önəmlidir", - deyə o qeyd edib.

AzNews.az