Nazim İbrahimova yeni müavin təyin edildi

15 Mart 2018 14:05 (UTC+04:00)

APA-nın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Faiq Maqbed oğlu Quliyev komitə sədrinin müavini təyin edilib.

F. Quliyev buna qədər "SOCAR Energy Georgia" MMC-də marketinq və beynəlxalq əlaqələr bölməsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, bununla da komitənin sədr müavinlərinin sayı üçə çatıb.

AzNews.az