Onkoloji xəstə itkin düşdü

15 Mart 2018 16:03 (UTC+04:00)

DİN-in mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Ağsu rayon sakini, 56 yaşlı Cəmaləddin Məmmədov cari il martın 8-də müalicə aldığı Şirvan Şəhər Regionlararası Onkoloji Xəstəxanadan çıxaraq bir daha geri qayıtmayıb. C.Məmmədovun əlamətləri belədir: Boyu 172 sm., arıq bədən quruluşlu, seyrək saçlı, gözlərinin rəngi qonurdur.

Xəstəxanadan çıxarkən əynində qəhvəyi rəngli gödəkçə, qara rəngli şalvar və qara ayaqqabı olub.

nu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 şəhər və (051) 425-28-01mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.