Səfir təqaüdə çıxmağa qərar verdi

15 Mart 2018 18:51 (UTC+04:00)

AzNews.az APA-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfir qeyd edir ki, onun ölkəmizdə vəzifəsini icra etdiyi müddətdə Birləşmiş Ştatlar və Azərbaycan arasında əlaqələr irəliləyib, inkişaf edib. O və ailəsi ölkəmizi, xalqımızı yaxından tanımağı və Azərbaycanda keçirdikləri vaxtlarını çox yüksək dəyərləndirir.

Cənab Sekuta bildirir ki, Amerika Birləşmiş Ştatlarının səfiri olmaq onun üçün çox böyük şərəf idi və indi o, yeni imkan və nailiyyətləri səbirsizliklə gözləyir", - deyə məlumatda qeyd olunur.