UEFA "Beşiktaş"ı cəzalandıracaq - Pişiyə görə

15 Mart 2018 22:33 (UTC+04:00)

AzNews.az Türkiyə istinadən xəbər verir ki, buna Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bavariya” ilə cavab matçında türkiyəli azarkeşlərin turnirin reqlamentinə zidd hərəkətlər etməsi səbəb olub. Tribunalarda keçidlərin bağlanması və meydana yad əşyaların atılmasına görə klubun cərimələnəcəyi gözlənilir.

Həmçinin, qarşılaşmanın 50-ci dəqiqəsində Beşiktaş-ın oyunçusu Tolqa Zəngin topu oyuna daxil etmək istəyəndə qəfildən dəvətsiz bir qonaq - pişik meydançaya daxil olub. Məhz buna görə təxminən 1 dəqiqə görüşün hakimi Maykl Oliver topu oyuna daxil etməyə icazə vermədi.

UEFA bu məsələyə görə də “Beşiktaş”a cəza veriləcəyini açıqlayıb.

Qeyd edək ki, görüşün baş hakimi Maykl Oliver pişik meydanı tərk edənədək oyunu saxlamalı olub.
Xatırladaq ki, “Beşiktaş” – “Bavariya” matçı İstanbul klubunun 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Almaniyadakı ilk qarşılamada da rəqibinə uduzan “qara qartallar” iki oyunun nəticəsinə görə ÇL-lə vidalaşıb.