Dünən 8 cinayətin üstü açılıb

16 Mart 2018 09:20 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 91 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.