Şahzadənin bacısı həbs edilə bilər

16 Mart 2018 09:46 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, şahzadənin bacısı evinə çağırdığı ustanı döydürməkdə təqsirli bilinir. Belə ki, 2016-cı ildə Hussat evini təmir etməyə gələn ustanı evinin şəkillərini çəkməsi səbəbilə mühafizəçilərinə döydürüb. İddiaya görə, bununla ürəyi soyumayan qadın ustanı öz ayaqlarını öpməyə məcbur edib. Usta bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib və şahzadənin bacısı haqqında saxlanılma qərarı çıxarılıb.