AzNews.az xəbər verir ki, bayram münasibətilə özünə və yaxınlarına hədiyyə etmək istəyən Azercell abunəçiləri bu sərfəli kampaniyadan yararlana bilərlər. Belə ki, martın 16-dan etibarən iPhone 8 smartfonu 5GB internet paketi üstəgəl 2 illik pulsuz Azercell Plus Musiqi xidməti aylıq cəmi 85 AZN-ə abunəçilərə təklif olunur. Qeyd edək ki, kampaniyadan yararlanmaq istəyən abunəçilər Azercell-in Eksklüziv mağazalarına və Müştəri Xidmətləri ofislərinə müraciət edə bilərlər.
Məlumat üçün bildirək ki, Azercell-in Eksklüziv mağazaları Bakı (Bülbül pr., 5, Qara Qarayev prospekti, ev 30\42, mənzil 52), Xırdalan (Heydər Əliyev pr. Mehdi Hüseyn küç. 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40), Qubada (Heydər Əliyev prospekti, 194) və Sumqayıtda (11-ci m/r, Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi) abunəçilərin ixtiyarına verilib.
Öz abunəçiləri üçün smartfon istifadəsini daha əlverişli və rahat etməyi hədəfləyən Azercell şirkəti bundan sonra da müştəriləri yeni kampaniyalarla sevindirəcək.