AzNews.az APA-ya istinadən xəbər verir ki, Hacıqabulun Atbulaq kəndi ərazisində “Mercedes” markalı avtomobil yolda təmir işləri aparan maşınla toqquşması nəticəsində iki qadının öldüyü, 4 nəfərin xəsarət aldığı bildirilir.
Xəsarət alanlardan biri “Mercedes”in sürücüsü, 3-ü isə avtomobildə olan azyaşlılardır.
Xəsarət alan uşaqlardan ikisinin vəziyyəti daha ağır qiymətləndirilir.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobildə sıxılmış vəziyyətdə qalan meyitləri çıxarıblar.
***
10:32
Bakı-Qazax yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə yolun Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində bir nəfərin öldüyü, iki nəfərin xəsarət aldığı bildirilir.
AzNews.az