Qanlı həftəsonu: 7 ölü, 41 yaralı

11 Mart 2013 10:29 (UTC+04:00)



Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, martın 9-da ölkə yollarında baş vermiş 8 yol qəzasında 2 nəfər ölüb, 15 nəfər isə xəsarət alıb.

Bazar günü isə respublika yollarında 19 qəza baş verib. Nəticədə 5 nəfər dünyasını dəyişib, daha 26 insan yaralanıb. Martın 10-da təkcə Bakıda baş vermiş qəzalarda 3 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Ümumilikdə istirahət günlərində Azərbaycanda 7 nəfər yol qəzalarının qurbanı olub. Daha 41 nəfər isə yaralanıb.