Artur Rasizadə Milli Məclisdə hesabat verir

16 Mart 2018 12:54 (UTC+04:00)

"Report" xəbər verir ki, hesabata əsasən 2017-ci ildə yoxsulluq səviyyəsi 0,5 faiz bəndi azalaraq 5,4% təşkil edib.

2017-ci ildə muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilə nisbətən 5,7% artaraq 528,2 manata yüksəlib.

2017-ci ildə ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 8,3% artaraq 49 162,9 mln. manata çatıb. Əhalinin hər bir nəfərinə düşən gəlirlər 5 050,5 manat və yaxud ayda orta hesabla 420,9 manat təşkil edib.

Orta illik inflyasiya 2016-cı ildəki 12,4%-dən 2017-ci ildə 12,9%-ə yüksəlib.

2017-ci ildə ölkə rezidnetlərinin istehsal etdiyi ÜDM əvvəlki illə müqayisədə 0,1% artaraq 70 135,1 mln. manata çatıb. Əhalinin hər nəfərinə düşən ÜDM 7 205,0 manat yaxud da 4 186,3 dollar təşkil edib. Qeyri-neft ÜDM-də 2,7% artım əldə edilib.

2017-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 16 777,5 mln. manat və ya əvvəlki illə müqayisədə 1,0% az vəsait yönəldilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 48,5%-ni əhatə edib.

Tədiyə balansının 2015-2016-cı illərdəki kəsiri 2017-ci ilin 9 ayında 1,4 mlrd. dollar həcmində profisitlə əvəzlənib. Tədiyə balansının profisiti ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradıb. Strateji ehtiyatlar ilin sonuna ilin əvvəli ilə müqayisədə 11%-dən çox artıb.

AzNews.az