Bakı metrosunda faciə - “Sərnişin relsin üstünə yıxıldı”

16 Mart 2018 13:20 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, hadisə "İçərişəhər" stansiyasında baş verib:

“85 yaşlı Məmmədova Sürəyya relslərin üstünə yıxılıb. Nə yaxşı ki, həmin vaxt qatar hərəkət etməyib. Hazırda sərnişini çıxartmağa çalışırıq. Bununla bağlı qatarların hərəkətində müəyyən gecikmə olacaq”.

Bahar RÜSTƏMLİ

AzNews.az