AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Krosvayt ailəsi, "Çelsi"nin 500 milyon avroya başa gələcək 60 min nəfərlik stadionunun onların evlərinə Günəş işığının düşməsinə əngəl yaratdığını əsas gətirərək klubu məhkəməyə verib. "Çelsi" ailəni razı salmaq üçün 1 milyon funt təklif edib, amma ailə 20 milyon funt istəyib. 69 yaşlı ev sahibi bildirib ki, o, 50 ildir bu evdə yaşayır və yeni stadion onun evinin ən azı 5 otağına Günəş işığının düşməsini əngəlləyir. Beləliklə, o və ailəsi "Çelsi"nin təklifi rədd ediblər.
Bu gün mətbuat tərəflər arasında razılıq əldə edildiyini və ailənin şikayətinin məhkəmədən geri götürdüyünü xəbər verib.