Yevda Abramov Milli Məclisin iclasına qatıldı

16 Mart 2018 15:46 (UTC+04:00)

AzNews.az "Ölkə.Az"a istinadən verir ki, deputat jurnalistlərlə söhbəti zamanı sağlıq durumunun normal vəziyyətdə olduğunu bildirib.

Xatırladaq ki, Yevda Abramov ötən il dekabrın 7-də onkoloji xəstəliyi ilə əlaqədar Milli Onkologiya Mərkəzinə yerləşdirilərək, cərrahi əməliyyat olunub.

Daha sonra isə yenidən səhhətində problem yaranan Yevda Abramov təcili olaraq İsraildəki xəstəxanalardan birinə yerləşdirilmişdi.