Məşhur tennisçi zədəyə görə beynəlxalq turnirdən kənarda qaldı

16 Mart 2018 22:27 (UTC+04:00)

AzNews.az TASS-a istinadən xəbər verir ki, tennisçinin çiyin əzələsindəki zədə Mayamidəki beynəlxalq turnirdən kənarda qalmasına səbəb olub.

" Mən sol çiyinimdəki zədəyə görə sevimli turnirlərimdən birində iştirak edə bilməyəcəyimə görə təəssüf hissi keçirirəm. Bu zədənin öhdəsindən gəlmək üçün əlimdən gələni edəcəyəm və çalışacağam ki, tezliklə turnirə qayıdım " deyə Şarapova bildirib.

Qeyd edək ki, Mayamidəki beynəlxalq tennis turniri 17 mart-1 aprel aralığında keçiriləcək.