Prezident seçkilərində iştirak edəcək Naxçıvan seçicilərinin sayı açıqlandı

16 Mart 2018 23:18 (UTC+04:00)

Bu barədə AzNews.az Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasına ına istinadən xəbər verir

Muxtar respublikadan səs verməyə qoşulacaq seçicilərin ümumi sayı 262874 nəfərdir.

Onlardan 129484 nəfəri (49,3%) kişi, 133390 nəfəri isə (50,7%) qadındır. Muxtar respublikada 1368 nəfər bu ilki seçkilərdə ilk dəfə səs verəcək.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri 125 seçki dairəsində keçiriləcək. Bu dairələrdən 7-si Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərir.