Yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində xidmət aparacaq

17 Mart 2018 12:31 (UTC+04:00)

Bu müddət ərzində küçə və yollarda hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün yol polisi təkcə şəhər və rayonlararası yollarda deyil, bütün yerli əhəmiyyətli yollarda da nəzarəti gücləndirəcək.

Təhlillər göstərir ki, bayram ərəfəsində və bayram günlərində qeydə alınan yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin yorğun və yuxusuz vəziyyətdə nəqliyyat vasitələrini idarə etmələri, habelə mövsümi hava şəraitini nəzərə almamaları səbəbindən baş verir.

Belə qəzaların qarşısının alınması və hər bir hərəkət iştirakçısının mənzil başına sağ-salamat çatması, eləcə də bayramın xoş əhval ruhiyyə ilə keçirilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını küçə və yollarda son dərəcə diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə dəvət edir.

AzNews.az