Sərnişin avtobusu qəza törətdi: məktəbli öldü

11 Mart 2013 11:37 (UTC+04:00)


Yolun 70-ci kilometrliyində "Ford Tranzit" markalı sərnişin avtobusu piyada 1997-ci il təvəllüdlü Ramazan Qasımovu vurub.

Ağır bədən xəsarətləri alan məktəbli oğlan xəstəxanaya aparılarkən keçinib.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.

AzNews.az