İsa Qəmbər Bakıya qayıtdı

17 Mart 2018 23:04 (UTC+04:00)

APA-nın xəbərinə görə, sabiq Müsavat başqanının bir qədər əvvəl Bakıya döndüyü bildirilir.

Qeyd edək ki, İsa Qəmbər fevralın sonunda müalicə olunmaq üçün Ankara şəhərinə gedib. Ankaradakı Hacettepe Universiteti Xəstəxanasında müalicə olunan İ. Qəmbərin müalicəsi martın 14-də başa çatıb və o, xəstəxanadan çıxıb.

AzNews.az