“Sarı gəlin” sədaları altında çıxış edən türkiyəli gimnast medal qazandı

18 Mart 2018 17:27 (UTC+04:00)

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Xorvatiya idmançısı Ana Derek 13.533 balla bütün rəqiblərindən yaxşı çıxış edib. İkinci yer Yunanıstan gimnastı İoanna Ksuloqiyə nəsib olub - 12.733.

Azərbaycanın xalq mahnısı “Sarı gəlin”in sədaları altında çıxış edən türkiyəli Demet Mutlu isə 12.566 balla bürünc medal qazanıb.

Azərbaycan gimnastı Yuliya İnşina eyni bal qazansa da yarışmanı 4-cü sırada başa vurub.

Qeyd edək ki, bu gün Milli Gimnastika Arenasında Dünya Kuboku turnirinə yekun vurulur.

Bakıda 3-cü ildir ki, təşkil olunan turnirə 25 ölkədən 102 idmançı qatılıb.

Xatırladaq ki, ötən gün Azərbaycan gimnastı Marina Nekrasova Dünya Kubokunun gümüş medalını qazanıb. Təmsilçimiz dayaqlı tullanma hərəkətində 14.216 balla ikinci olub.