Lənkəranda yol qəzası - Qadınlar yaralandı

19 Mart 2018 10:40 (UTC+04:00)

APA-nın cənub bürosunun məlumatına görə, rayonun Bürcəli kəndi ərazisində "VAZ 2108" markalı avtomobillə "Hyundai" markalı avtomobil toqquşub.

Qəzada Astara rayon sakinləri xəsarət alıb.

Bunlar Çayoba kənd sakini, 1977-ci il təvəllüdlü, Sevinc Seyidağa qızı Səfərova və Telman kənd sakini, 1957-ci il təvəllüdlü, Nərminə Barat qızı Rəhmətovadır.

Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onlara ilkin tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az