Brüsseldə Azərbaycanla bağlı müzakirə

19 Mart 2018 12:12 (UTC+04:00)

Təhsil Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Azərbaycan tərəfindən Təhsil Nazirliyinin həmsədrlik etdiyi iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələrindən ibarət heyət iştirak edib.

İclasda təhsil, məşğulluq və sosial məsələlər, səhiyyə, gənclər siyasəti, mədəniyyət, tədqiqat və innovasiyalar, informasiya cəmiyyəti mövzularında qarşılıqlı müzakirələr aparılıb. Azərbaycan tərəfi sözügedən sahələrdə həyata keçirilən islahatlar və əldə olunan nəticələrlə bağlı məlumat verib. Aİ nümayəndə heyəti isə bu sahələr üzrə həyata keçirilən siyasət və nəzərdə tutulmuş dəyişiklərlə bağlı təqdimatlar edib.

İclasın gedişində Azərbaycan və Avropa İttifaqı arasında sözügedən alt-komitənin əhatə etdiyi sahələr çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi, yeni layihələrin həyata keçirilməsi üçün fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2012-ci ildən etibarən mütəmadi olaraq keçirilən iclasın sonuncusu 2016-cı ilin oktyabr ayında Bakıda olub.