Namizədlərin çıxışı ilə bağlı püşkatma keçirilib

19 Mart 2018 17:00 (UTC+04:00)

APA-nın məlumatına görə, MSK sədrinin müavini bildirib ki, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, həftədə 3 saat İctimai Televiziya, 3 saat İctimai Radio olmaqla, ümumilikdə 6 saatlıq ödənişsiz efir vaxtı ayrılacaq.

İctimai Televiziya və İctimai Radioda hər dəfə 1 saat olmaqla, həftə ərzində üç dəyirmi masa təşkil ediləcək. Ötən seçkilərdən fərqli olaraq, namizədlərin istəyi nəzərə alınıb, İctimai Televiziyada efir vaxtı saat 19.00-dan saat 22.00-a dəyişdirilib. İctimai Radioda isə dəyirmi masalar saat 19.00-da təşkil ediləcək.

Püşkatmanın nəticəsinə əsasən, prezidentliyə namizədlər İctimai Televiziya və İctimai Radioda dəyirmi masalarda aşağıdakı ardıcıllıqla çıxış edəcəklər:

1 - öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc,

2 - Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə

3 - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyev

4 - Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev

5 - "Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev

6 - Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülən Sərdar Cəlaloğlu

7 - Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev

8 - Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev

Hər namizəd hər Dəyirmi Masada 7 dəqiqə 30 saniyə çıxış edəcəklər.

AzNews.az