Novruz bayramı münasibətilə Dənizkənarı Milli Parkda atəşfəşanlıq oldu

19 Mart 2018 22:35 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, parkda qurulmuş səyyar səhnənin qarşısında toplaşmış şəhər sakinləri və paytaxtımızın qonaqları tanınmış incəsənət ustalarının ifasında şən və oynaq mahnıları dinləyib, rəngarəng rəqslərə maraqla tamaşa ediblər. Baharı və Vətənimizin gözəlliklərini tərənnüm edən musiqi proqramı tamaşaçılarda xoş ovqat yaradıb, onların bayram sevincini daha da artırıb.

Bayram şənliyi Bakının bahar səmasını al-əlvan rənglərə boyanan möhtəşəm atəşfəşanlıqla başa çatıb.