Azərbaycan neftinin son qiyməti - Bahalaşma var

19 Mart 2018 23:05 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 67,01 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 0,84 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 61,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,85 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 64,62 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,94 dollar/barel çoxdur.