Şəkidə ağır qəza - İki nəfər öldü

20 Mart 2018 10:00 (UTC+04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, qəza zamanı ölənlər rayonun Kiçik Dəhnə kənd sakinləri Adəm Şahruz oğlu Adıgözəlov və Murad Zaman oğlu Həşimovdur.

Qəza nəticəsində 1989-cu il təvəllüdlü Pərviz Rizvan oğlu Cəmilov, 1966-cı il təvəllüdlü Laçın Rəsul oğlu Adamov və 1983-cü il təvəllüdlü sürücü Allahverdi Vitya oğlu Mustavayev yaralanıb.

Yaralılardan Pərviz Cəmilovun müalicəsi Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) cərrahiyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir. Digər yaralılar Laçın Adamov və Allahverdi Mustafayevin xəsarətləri yüngül olduğundan onlara xəstəxanada ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

AzNews.az