Yaralı aparan təcili yardım maşını qəzaya düşdü

20 Mart 2018 15:37 (UTC+04:00)

APA-nın Qərb bürosunun məlumatına görə, "Daewo" markalı avtobusla minik avtomobili toqquşub, bir nəfər xəsarət alıb. .

Hadisə yerinə gedən təcili-tibi yardım avtomobili isə qəzada xəsarət alan şəxsi xəstəxanaya aparan zaman Tovuz şəhərinin girəcəyində "VAZ 2106" markalı avtomobillə toqquşub.

Qəza zamanı təcili-tibbi yardım avtomobilinin sürücüsü xəsarət alıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

AzNews.az